...

Qəbələdə avtomobil aşıb, bir nəfər ölüb

Hadisə Materials 15 Fevral 2014 11:03 (UTC +04:00)
Ötən gecə Qəbələ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
Qəbələdə avtomobil aşıb, bir nəfər ölüb

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Ötən gecə Qəbələ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Trend "KANAL S"-ə istinadən xəbər verir ki, fevralın 15-də gecə saatlarında Qəbələ rayonu Böyük Pirəli kənd ərazisində NİVA markalı minik avtomobili kənd istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobili aşırıb.

Nəticədə nəqliyyat vasitəsi deformasiyaya uğrayıb və avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü Rzayev Rəvan Vidadi oğlu vəfat edib. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılıb qalan şəxsin cəsədini çıxararaq, aidiyyəti orqanlara təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb.

Qəza zamanı xəsarət alan şəxs isə hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Faktla əlaqədar araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti