...

Astaranın mərkəzi bazarındakı yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 17 Fevral 2014 19:44 (UTC +04:00)
Astaranın mərkəzi bazarında baş vermiş yanğın söndürülüb.
Astaranın mərkəzi bazarındakı yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Yanğının söndürülməsi barədə məlumat əlavə olunub (ilk xəbər saat 16:56-da yayılıb)

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Astaranın mərkəzi bazarında baş vermiş yanğın söndürülüb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Astara şəhərində ümumi sahəsi 9000 kv.m olan mərkəzi bazarın ərazisində taxta konstruksiyalardan ibarət, bir-birinə bitişik olan piştaxtaların yanar konstruksiyaları və piştaxtalara yığılmış geyim paltarları 1500 kv.m sahədə yanıb.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti