...

Saatlıda beton arakəsməsinə çırpılan "VAZ" yanıb, ölən var

Hadisə Materials 18 Fevral 2014 04:48 (UTC +04:00)
Saatlıda beton arakəsməsinə çırpılan "VAZ" yanıb, ölən var.
Saatlıda beton arakəsməsinə çırpılan "VAZ" yanıb, ölən var

Azərbaycan, Bakı, 18 fevral / Trend /

Saatlıda beton arakəsməsinə çırpılan "VAZ" yanıb, ölən var.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Saatlı rayonu, Məmmədabad kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin su kanalı üzərindəki körpünün beton arakəsməsinə çırpılması nəticəsində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib.

Qəza nəticəsində, sürücü 1983-cü il təvəllüdlü Əhmədov Elşən Telman oğlu aldığı yanıq və bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti