...

Lənkəran sakini 1 kq-dan artıq narkotik vasitə satarkən tutulub

Hadisə Materials 26 Fevral 2014 12:42 (UTC +04:00)
Lənkəran rayon sakini narkotik vasitələri satarkən tutulub.
Lənkəran sakini 1 kq-dan artıq narkotik vasitə satarkən tutulub

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Lənkəran rayon sakini narkotik vasitələri satarkən tutulub.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göyşaban kənd sakini Emin Davudov 1 kiloqram 2 qram tiryəki və 40 qram marixuananı satarkən tutulub.

E.Davudovun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti