Azərbaycan, Bakı, 10 mart /Trend/
Türkiyənin Kayseri vilayətində Ankaraya gedən polis avtobusu yolun bir hissəsində aşıb.
Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, hadisə nəticəsində 3 polis əməkdaşı ölüb, 22-si yaralanıb.
Yaralılar yaxında olan xəstəxanaya yerləşdirilib.