...

Biləsuvarda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 10 Mart 2014 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend/

Biləsuvar rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend CTV-yə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Biləsuvar rayonunun Mübariz İbrahimov küçəsində qeydə alınıb.

Biləsuvar rayon sakini 1990-cı il təvəllüdlü Qubadov Cavid Rəfael oğlu "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yoldan çıxaraq səki ilə hərəkət edən piyada, Biləsuvar sakini 1996-cı il təvəllüdlü Hüseynov Anar Ərəstun oğlunu vurub.

Daha sonra avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı piyada ilə yanaşı sürücü və avtomobildə olan sərnişin Quliyev Müşfiq Mirzəli oğlu da ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal xəstəxanaya çatdırılsa da, sürücünün və piyadanın həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan verilən məlumata görə, sərnişin Müşfiq Quliyevin vəziyyəti isə qənaətbəxşdir.

İlkin ehtimala görə avtoqəzanın baş verməsinə sürücünün avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti