...

Bakıda mübahisə qətllə nəticələnib

Hadisə Materials 11 Mart 2014 10:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İzzət/

Binəqədi rayonunda qətl törədilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 10-u saat 22 radələrində, Binəqədi qəsəbəsi II Mədəndə yaşayanlar - Əliağa Quliyev mübahisə zəminində Xəqani Həsənova bıçaq xəsarəti yetirib.

X.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.

Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Əliağa Quliyev tutulub.

Faktla əlaqədar cinayət işi açılıb, istintaq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti