...

DİN: Salyan sakini ov tüfəngindən atəş açaraq özünü öldürüb

Hadisə Materials 17 Mart 2014 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İ.İzzət/

Salyan şəhər sakini ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, martın 16-da Salyan şəhərində yaşayan Qulam Sadıqov həyətində ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Hadisə yerindən Q.Sadıqova məxsus "TOZ-34 EP" markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar cinayət işi açılıb, istintaq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti