Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/
Bakıda avtobusla minik avtomobili toqquşub, bir nəfər xəsarət alıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda "Mercedes" markalı minik avtomobili və "Daewoo" markalı avtobus toqquşub.
Nəticədə, hər iki avtomobil deformasiyaya uğrayıb, "Mercedes" markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 06:58-də başa çatıb.