Azərbaycan, Bakı, 19 mart /Trend/
Sumqayıtda mənzildə üç nəfər köməksiz vəziyyətdə qalıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində mənzilin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 3 nəfər köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq, içəri daxil olublar.
Mənzildə köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər aidiyyəti üzrə təhvil veriliblər.