...

Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb

Hadisə Materials 19 Mart 2014 13:03 (UTC +04:00)
Ağdaş şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İzzət/

Ağdaş şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, martın 18-də saat 16 radələrində Ağdaş şəhərinin ərazisində şəhər sakini Orxan Salmanov idarə etdiyi "VAZ-21063" markalı avtomobillə yolu keçən Ağalı kənd sakini Beydulla Hüseynovu vurub.

Xəstəxanaya yerləşdirilmiş B.Hüseynov orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti