Azərbaycan, Bakı, 22 mart /Trend/
Pakistanın Bəlucistan vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, yol qəzası nəticəsində 35 nəfər ölüb.
İnsident benzindaşıyan maşının sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib. O, yüksək sürətdə yolun qarşı hissəsinə çıxaraq sərnişin avtobusu ilə toqquşub.
Şahidlərin sözlərinə görə, toqquşmadan sonra güclü yanğın baş verib.
Hadisə nəticəsində 30-a yaxın insanın xəsarət aldığı bildirilir.