Azərbaycan, Bakı, 24 mart /Trend/
İsmayıllıda oğul atasını qətlə yetirib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, martın 24-də saat 02 radələrində İsmayıllı rayon sakini, ruhi xəstə Sadiq Həlimov evində ailə-məişət münaqişəsi zəminində atası Nadir Həlimova daşla xəsarət yetirib. N.Həlimov hadisə yerində ölüb.
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Həlimov saxlanıb.