Azərbaycan, Bakı, 27 mart /Trend/
İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən həbs edilmiş Rəşad Allahverdi oğlu Allahverdiyevə qardaşı Əfqan Allahverdi oğlu Allahverdiyevin gətirdiyi sovqata baxış keçirilib.
Baxış zamanı bişirilmiş qəndin içərisində siqaret kağızına bükülərək gizlədilmiş 4 bükümdə, ümumi xalis çəkisi 3.017 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.