Azərbaycan, Bakı, 28 mart /Trend/
Ötən gün 4 nəfər dəm qazı və dərmandan zəhərlənib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, martın 27-də Xəzər rayonu, Buzovna qəsəbə sakini Elməddin Qədimzadə dəm qazından, Şüvəlan qəsəbə sakini Hicran Kərimova, Abşeron rayonu, Pirəkəşkül qəsəbə sakini Zöhrə Məmmədova, Saray qəsəbə sakini Ülfət Nəcəfova dərmandan zəhərlənmələrlə xəstəxanalara gətiriliblər.