...

Sarayda baş vermiş yol qəzasında iki nəfər ölüb, bir nəfər yaralanıb

Hadisə Materials 6 May 2014 12:55 (UTC +04:00)
Abşeron rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi 2 nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnib.
Sarayda baş vermiş yol qəzasında iki nəfər ölüb, bir nəfər yaralanıb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İzzət /

Abşeron rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi 2 nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 5-də saat 21 radələrində Abşeron rayonu Saray qəsəbəsinin ərazisində Babək rayon sakini Elnur Bayramov idarə etdiyi "Pajero" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

E.Bayramovun sərnişinləri Sumqayıt şəhər sakinləri - Elxan Verdiyev, Kazım Kazımov və Samir Qubadov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, K.Kazımov və E.Verdiyev orada ölüblər.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti