...

"VAZ-2104" markalı avtomobil yük avtomobilinə çırpıldı, ölən var

Hadisə Materials 14 May 2014 09:51 (UTC +04:00)
Bakıda dünən gecə saatlarında baş verən yol qəzasında bir nəfər ölüb.
"VAZ-2104" markalı avtomobil yük avtomobilinə çırpıldı, ölən var

Azərbaycan, Bakı, 14 may /Trend/

Bakıda dünən gecə saatlarında baş verən yol qəzasında bir nəfər ölüb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, mayın 13-ü saat 23:20 radələrində Səbail rayonu Salyan şossesində Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Rasim Hüseynov idarə etdiyi "VAZ-2104" markalı avtomobili dayanmış vəziyyətdə olan Türkiyə vətəndaşı 1976-cı il təvəllüdlü Rüştü Kemalın idarə etdiyi "Volva-Titsan" markalı yük avtomobilinə vurub, nəticədə R.Hüseynov hadisə yerində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti