Azərbaycan, Bakı, 14 may /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə Manisa vilayətinin Soma şəhərindəki kömür mədənində baş vermiş partlayışın fəsadlarının qarşısının alınması üçün yardım təkliflərini qəbul etməyib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, partlayışın fəsadlarının qarşısının alınması üçün İran, İsrail, Almaniya, Polşa, Yunanıstan, ABŞ və Fransa Ankaraya yardım təklif ediblər.
Qeyd edək ki, Türkiyənin Manisa vilayətində daş kömür mədənində baş vermiş partlayış nəticəsində 238 nəfər ölüb, 80 nəfər yaralanıb. Ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 120 nəfər işçinin dağıntılar altında qaldığını bildirib.
Hadisə ilə bağlı ölkədə 3 günlük ümummilli matəm elan edilib.
FOTO-Anadolu