...

Məhbus saxlandığı kameranın döşəməsinin altında telefon gizlədirmiş

Hadisə Materials 14 May 2014 20:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend/

Bakı İstintaq təcridxanasında mobil telefon aparatı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4; 221.2.1; 221.3; 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Ayxan Böyükağa oğlu Knyazovun saxlandığı kameraya və üzərinə baxış keçirilib.

Baxış zamanı döşəmənin altından daxilində "Sim" danışıq kartı olan bir ədəd "Samsung" markalı mobil telefon aparatı və iki ədəd "Sim" danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti