...

Türkiyənin millət vəkili vəfat edib

Hadisə Materials 16 May 2014 10:35 (UTC +04:00)
Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Fərid Mövlud Aslanoğlu vəfat edib.
Türkiyənin millət vəkili vəfat edib

Azərbaycan, Bakı, 16 may /Trend, /

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Fərid Mövlud Aslanoğlu vəfat edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib.

Agentliyin məlumatında qeyd olunur ki, dünən axşam yaşadığı mənzildə Aslanoğlunun vəziyyəti birdən-birə pisləşib və o, xəstəxanaya aparılıb. Millət vəkili xəstəxanada vəfat edib.

Aslanoğlu 1952-ci ildə Türkiyənin Malatya vilayətində anadan olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti