...

Cəbhə bölgəsində hərbçilərimiz qəzaya düşüb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Hadisə Materials 17 May 2014 10:54 (UTC +04:00)
Azərbaycanda hərbçilərin olduğu avtomobil qəzaya düşüb, 1 nəfər ölüb, 3 nəfər yaralanb.
Cəbhə bölgəsində hərbçilərimiz qəzaya düşüb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İzzət/

Azərbaycanda hərbçilərin olduğu avtomobil qəzaya düşüb, 1 nəfər ölüb, 3 nəfər yaralanb.

Trend-in məlimatına görə, hadisə mayın 16-dan 17-nə keçən gecə Goranboy rayonu ərazisində baş verib.

Hərbçilərdən birinə məxsus şəxsi avtomobil Tərtər istiqamətində hərəkət edərkən Goranboy rayonu ərazisində qəzaya uğrayıb. Belə ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu Cavanşir Xasıyev "VAZ-21015" markalı avtomobili idarə edərkən idarəetməni itirərək avtomobili yolun kənarındakı kanala aşırıb. Hadisə nəticəsində sərnişinlərdən biri - müddətdən artıq hərbi qulluqçu Sadıqov Elməddin Qəşəm oğlu ölüb. Sürücü Cavanşir Xasıyev və müddətdən artıq xidmət edən digər 2 hərbi qulluqçu - Əliyev Elşən və Kazımov Emil müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar hərbi hospitala yerləşdiriliblər.

Faktı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiq ediblər.

Faktla əlaqədar hərbi prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti