...

Bakıda oğurluq və dələduzluğa görə axtarışda olan şəxslər tutulub

Hadisə Materials 17 May 2014 12:05 (UTC +04:00)
Bakıda axtarışda olan 2 nəfər tutulub.
Bakıda oğurluq və dələduzluğa görə axtarışda olan şəxslər tutulub

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İzzət/

Bakıda axtarışda olan 2 nəfər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 1992-ci il təvəllüdlü Kənan Qasımov tutulub.

Qeyd edək ki, 22 yaşlı K.Qasımov Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunur.

Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə axtarışda olan 1970-ci il təvəllüdlü Zahid Əliyev tutulub.

Qedy edək ki, 44 yaşlı Z.Əliyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti