...

Ukraynanın Luqansk vilayətində ferroərinti zavodunun yarımstansiyası partladılıb

Hadisə Materials 19 May 2014 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend/

Naməlum silahlı şəxslər "Almaznaya" ("Ukrenerqo" MEK) yarımstansiyasını qumbaraatandan atəş açaraq partladıblar. Nəticədə Ukraynanın Luqansk vilayətindəki ferroərinti zavodunun enerji təminatı kəsilib. Trend-in məlumatına görə, bu barədə UNN agentliyinə vilayətin DİN Baş İdarəsindən bildiriblər.

Hüquq-mühafizə orqanlarının qeyd etdikləri kimi, mayın 18-də silahlı şəxslər yerli vaxtla saat 03 radələrində yarımstansiyanın ərazisinə daxil olublar və avadanlığı sıradan çıxarmağa cəhd edərək atəş açıblar.

Yarımstansiyanın işçiləri yanğının yayılmasının qarşısını almaqdan ötrü elektrik təchizatını tamamilə dayandırmağa məcbur olublar. Nəticədə zavodun enerji təchizatı tamamilə dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti