...

Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb

Hadisə Materials 24 May 2014 06:15 (UTC +04:00)
Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb.
Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb

Azərbaycan, Bakı, 24 may /Trend/

Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobili və "Zil" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə meyiti avtomobildən çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti