Azərbaycan, Bakı, 29 may /Trend/
Xızı qazpaylama stansiyasında baş vermiş bədbəxt hadisənin səbəbləri araşdırılır.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, mayın 29-da saat 12:30 radələrində Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsində yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər işləyən 1980-ci il təvəllüdlü Elnur Fətulla oğlu Ağayev Xızı qazpaylama stansiyasında qaz kəmərinin üzərindəki toztutucuya xidmət göstərən zaman baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
E.Ağayevin idarədə 13 illik iş stajı olub. Baş vermiş hadisə ilə bağlı müvafiq komissiya yaradılıb. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.
Komissiyanın yekun rəyi ictimaiyyətə açıqlanacaq.