...

Məhkumun xalası oğlu Qobustan Həbsxanasına konserv qutusunda telefon keçirmək istəyib (FOTO)

Hadisə Materials 2 İyun 2014 13:42 (UTC +04:00)
Qobustan Həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Məhkumun xalası oğlu Qobustan Həbsxanasına konserv qutusunda telefon keçirmək istəyib (FOTO)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.İzzət/

Qobustan Həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən Qobustan Həbsxanasında cəza çəkən məhkum Alim Almas oğlu Cəfərovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Ramin Şölət oğlu Əmirovun üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı dəmir konserv bankanın içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd "Nokia" markalı mobil telefon aparatı, 1 ədəd "Azercell" danışıq kartı, 1 ədəd qulaqcıq, 2 ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş batareya və 1 elekrtik qidalandırıcısı aşkar edilərək götürülüb.

Qeyd edək ki, A.Cəfərov Cinayət Məcəlləsinin 334.1; 120.2.5 və 66.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti