...

Qaxda avtomobil yanıb

Hadisə Materials 5 İyun 2014 07:58 (UTC +04:00)
Ötən gün axşam saatlarında Qax-Şəki yolunda Kürmük çayı üzərindəki körpüdə yük avtomobili yanıb.
Qaxda avtomobil yanıb

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Ötən gün axşam saatlarında Qax-Şəki yolunda Kürmük çayı üzərindəki körpüdə yük avtomobili yanıb.

Trend Kanal S-ə istinadən məlumat verir ki, Zaqatala rayon sakini Mehdiyev Bəkir Cəmaləddin oğlunun idarə etdiyi "Kamaz"markalı avtomobil hərəkətdə olarkən, anidən alışıb. Alov bir anda Kamazın kabinə hissəsini bürüyüb.

Hadisə yerinə dərhal Qax Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının böyüməsinin qarşısı alınıb, lakin avtomobilin kabinə hissəsi təmamilə yanaraq yararsız vəziyyətə düşüb.

Yanğının baş verdiyi Qax-Şəki yolunda qısa müddətli tıxac yaranıb.

Xəbər lenti

Xəbər lenti