...

Gəncədə 39 yaşlı kişi naməlun şəxslər tərəfindən bıçaqlanıb

Hadisə Materials 11 İyun 2014 23:04 (UTC +04:00)
Bu gün axşam saatlarında Gəncə şəhəri Atatürk prospektində bıçaqlanma hadisəsi baş verib.
Gəncədə 39 yaşlı kişi naməlun şəxslər tərəfindən bıçaqlanıb

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Bu gün axşam saatlarında Gəncə şəhəri Atatürk prospektində bıçaqlanma hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, 39 yaşlı şəhər sakini Hüseyn Məhərrəmov çoxsaylı bıçaq yaraları alıb.

O, dərhal Gəncə şəhər TTYX-nin reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstənin üzərində əməliyyat aparan həkimlər daxilə keçən bir neçə yara aşkar edib. İlkin tibbi yardımdan sonra zərəçəkmişin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki məlum deyil. Bu istiqamətdə əməliyyat axtarış tədbirləri davam etdirilir.

"Xəstəxanamıza Təcili Tibbi Yardım maşını ilə üzərində daxilə keçən bıçaq yarası olan xəstə daxil olub. O, 1975-ci il təvəllüdlü Gəncə şəhər sakini Məhərrəmov Hüseyn Tofiq oğludur. Onun üzərində daxilə keçən yaralar olduğundan dərhal əməliyyat olundu və yaralar işlənildi. Hazırda reanimasiya şöbəsindədir və səhhəti orta ağırdır",- cərrah Etibar Abbasov deyib.

Xəbər lenti

Xəbər lenti