...

DÇ-nin başladığı gün Braziliyanın üç aeroportu tətil edib

Hadisə Materials 12 İyun 2014 12:19 (UTC +04:00)
Braziliyada dünya çempionatına start verildiyi gün Rio-de-Janeyronun aeroportlarında tətil başlayıb.
DÇ-nin başladığı gün Braziliyanın üç aeroportu tətil edib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Braziliyada dünya çempionatına start verildiyi gün Rio-de-Janeyronun aeroportlarında tətil başlayıb. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" agentliyi Globo Esporte-yə istinadən xəbər yayıb.

Tətili ölkə əhalisinin sayına görə ikinci böyük şəhərin 3 aeroportunun əməkdaşları təşkil ediblər. İşçilər maaşların 5, 6 faiz artırılmasını tələb edirlər.

Bildirilir ki, tətil natamam xarakter daşıyacaq. Belə ki, hər 3 aeroportdan biri işlərin adi həcminin 80 faizini yerinə yetirəcək.

Bundan əvvəl ölkənin ən iri şəhəri San-Pauluda eyni tələblə metropoliten işçiləri tətil etmişdilər.

Futbol üzrə DÇ-2014 iyunun 12-də axşam başlayır. İlk oyun Xorvatiya və Braziliya yığma komandaları arasında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti