Azərbaycan, Bakı, 17 iyun /Trend, İlkin İzzət/
Şəmkir rayonu Çinarlı qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb, 9 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 16-da saat 06 radələrində Şəmkir rayonu Çinarlı qəsəbəsinin ərazisində Gədəbəy rayon sakini Natiq Yusifovun idarə etdiyi "VAZ-2107", Qazax rayon sakini Elçin Qəmbərovun idarə etdiyi "Mercedes" və Gürcüstan vətəndaşı Taleh Həsənovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. Nəticədə 5 nəfər hadisə yerində ölüb, 9 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.