Azərbaycan, Bakı, 17 iyun /Trend, İlkin İzzət/
Şəmkir rayonunun 2 sakin suvarma üçün nəzərdə tutulmuş su hövzəsində çimərkən suda boğulublar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 16-da Şəmkir rayonunun Bayramlı kəndi ərazisində faciə baş verib. Belə ki, kənd sakinləri Emin Kamilli və Rauf Bağırov suvarma üçün nəzərdə tutulmuş su hövzəsində çimərkən suda boğulublar.