...

Bakıda quldurluq edən taksi sürücüsü tutulub

Hadisə Materials 23 İyun 2014 13:14 (UTC +04:00)
Bakıda quldurluq etməkdə şübhəli bilinən taksi sürücüsü tutulub.
Bakıda quldurluq edən taksi sürücüsü tutulub

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda quldurluq etməkdə şübhəli bilinən taksi sürücüsü tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 22-də Bakı şəhər sakini Qabil Abdullayev 37-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, iyunun 21-də K.Kərimov küçəsində taksi fəaliyyəti ilə məşğul olan "Mercedes" markalı avtomobilin sürücüsü İlqar Alıquliyev onu bıçaqla hədələyərək 125 manat pulunu əlindən alıb.

Xətai Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən İ.Alıquliyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti