...

Gömrükçülər İrandan gələn qadının bağlamasından yarım kilo heroin tapıblar

Hadisə Materials 25 İyun 2014 15:03 (UTC +04:00)
Gömrükdəki bağlamada heroin aşkar edilib.
Gömrükçülər İrandan gələn qadının bağlamasından yarım kilo heroin tapıblar

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

Gömrükdəki bağlamada heroin aşkar edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Səadət Abbasovanın üzərində şəxsi yoxlama zamanı ondan iki ədəd bağlamada, xalis çəkisi 500,104 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti