...

DİN: Gəncədə qadını evində döyərək öldürüblər

Hadisə Materials 11 İyul 2014 14:55 (UTC +04:00)
Gəncə şəhər sakinini yaşadığı mənzildə döyərək öldürmüş şəxs tutulub.
DİN: Gəncədə qadını evində döyərək öldürüblər

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İlkin İzzət/

Gəncə şəhər sakinini yaşadığı mənzildə döyərək öldürmüş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 10-na keçən gecə Gəncə şəhərində şəhər sakini Firuzə Vəliyeva yaşadığı mənzildə naməlum şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilmiş F.Vəliyeva orada ölüb.

Gəncə şəhər Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Kazbek Bulekbayev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti