...

İrandan Azərbaycana gələn sərnişin avtobusundan narkotik tapılıb

Hadisə Materials 18 İyul 2014 18:23 (UTC +04:00)
Trend Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı Hamdanı Ghoujehbıglou Sıamak Akbar oğlunun idarə etdiyi “Scania” markalı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib.
İrandan Azərbaycana gələn sərnişin avtobusundan narkotik tapılıb

Sərnişin avtobusundan heroin aşkarlandı

İrandan Azərbaycana gələn sərnişin avtobusundan narkotik tapılıb.

Trend Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı Hamdanı Ghoujehbıglou Sıamak Akbar oğlunun idarə etdiyi "Scania" markalı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib.

Baxış zamanı, xidməti itin reaksiyasına əsasən oturacaqlardan birində, bir ədəd bükümdə xalis çəkisi 19,667 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Adıçəkilən sürücü şifahi izahatında bildirib ki, həmin maddə ona məxsus deyil, məsələdən xəbərsizdir və həmin maddənin aşkar edildiyi oturacaqda sərnişin Mahmud Vəliyev əyləşib və özünü şübhəli aparırmış. Bundan sonra M.Vəliyev bir ədəd bükümdə olan narkotik vasitənin ona məxsus olduğunu və özünün gizlətdiyini etiraf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti