...

Mingəçevirdə əxlaqsızlıq yuvası aşkar edilib

Hadisə Materials 24 İyul 2014 12:36 (UTC +04:00)
Mingəçevir şəhərinin ərazisində “Dəli Kür” kafesində əxlaqsızlıq yuvası aşkar edilib.
Mingəçevirdə əxlaqsızlıq yuvası aşkar edilib

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Mingəçevir şəhərinin ərazisində "Dəli Kür" kafesində əxlaqsızlıq yuvası aşkar edilib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhərinin ərazisində şəhər sakini Cavanşir Quliyevin "Dəli Kür" kafesində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti