Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Binəqədidə bir nəfər qətlə yetirilib, bir nəfər isə ağır xəsarət alıb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 9-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən Beyləqan rayon sakinləri Rəşad Əliyev və Səyavuş Orucov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər.
Nəticədə R.Əliyev orada ölüb.
Hadisəni münaqişə zəminində törətmiş qəsəbə sakini Elnur Tahirov Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən tutulub.