...

Bakıda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

Hadisə Materials 14 Avqust 2014 02:21 (UTC +04:00)
Bakıda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Bakıda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

Azərbaycan, Bakı, 14 avqust /Trend /

Bakıda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda onmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 10-cu mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Xəbər lenti

Xəbər lenti