...

Abşeronda sanatoriya binasında yanğın olub

Hadisə Materials 19 Avqust 2014 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Abşeronda sanatoriya binasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Abşeron rayonunda dördmərtəbəli sanatoriya binasının üçüncü mərtəbəsində ümumi sahəsi 30 kv.m olan otağın yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Qonşu otaqlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti