...

Bakıda avtomobillərdən silsilə oğurluq etmiş keçmiş məhkum tutulub

Hadisə Materials 27 Avqust 2014 13:09 (UTC +04:00)
Bakı şəhər sakini paytaxtda avtomobillərdən oğurluqla bağlı bir sıra cinayət hadisələrini törətdiyinə görə tutulub.
Bakıda avtomobillərdən silsilə oğurluq etmiş keçmiş məhkum tutulub

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İlkin İzzət/

Bakı şəhər sakini paytaxtda avtomobillərdən oğurluqla bağlı bir sıra cinayət hadisələrini törətdiyinə görə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamal Mirəliyev tutulub.

Məlum olub ki, K.Mirəliyev cari ilin iyul-avqust ayları ərzində Bakı şəhər sakinləri Vüsal Rzayevin, Famil Məmmədovun, Əli Vəliyevin, Vahid Rəhimovun avtomobillərindən oğurluq edib, Rəşad Kərimovun, Səttar Fətəliyevin avtomobillərindən oğurluğa cəhd göstərib, Şəhanə Mustafayevanın, Şahin Məmmədovun və İradə Cəfərovanın avtomobillərinin şüşəsini sındıraraq əmlaklarını qəsdən məhv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti