...

Zərdabda 4 tondan çox narkotik vasitə məhv edilib

Hadisə Materials 29 Avqust 2014 10:24 (UTC +04:00)
Zərdab rayonu ərazisində 4 tondan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilib.
Zərdabda 4 tondan çox narkotik vasitə məhv edilib

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İlkin İzzət/

Zərdab rayonu ərazisində 4 tondan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilib.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2014" şərti adı altında kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Zərdab rayonunun Bıçaqçı kəndinin "Yuxarı bağ" adlanan ərazisində sayı 2900 ədəd, çəkisi 4 ton 307 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunub.

Çətənə kolları yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti