...

Şəkidə baş vermiş yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb

Hadisə Materials 29 Avqust 2014 12:56 (UTC +04:00)
Şəkidə baş vermiş yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb.
Şəkidə baş vermiş yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İlkin İzzət/

Şəkidə baş vermiş yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, avqustun 28-də Şəki rayonu ərazisində kənd bələdiyyəsinə məxsus yüksək dağlıq sahədə yanğın hadisəsi baş verib.

Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki Meşə Mühafizəsi və Bərpası Müsəssisəsinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində meşə sahəsi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti