Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
İstanbulda betonqarışdıran maşının yerüstü piyada keçidlərindən birinə çırpılması nəticəsində keçid uçub. Trend xəbər verir ki, bu barədə çərşənbə günü "TRT Haber" telekanalı xəbər yayıb.
İlkin məlumata görə, nəticədə iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.