...

Çörəyin içindən telefon çıxdı (FOTO)

Hadisə Materials 11 Sentyabr 2014 11:13 (UTC +04:00)
Bakıda 11 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Çörəyin içindən telefon çıxdı (FOTO)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Bakıda 11 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Trend Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4; 317-1.1 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Sənan İman oğlu Cabbarovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu, Tərtər şəhəri, Q.Mehdiyev küç. 3 ünvanında yaşayan vətəndaş Orxan Elxan oğlu Dadaşlının görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zaman onun gətirdiyi 2 ədəd çörəyin içərisində gizlədilmiş 1 ədəd "Samsung" markalı və 1 ədəd "Nokia" markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti