...

Ağdaşda “VAZ”la “SAZ” toqquşub, ölən və yaralanan var

Hadisə Materials 15 Sentyabr 2014 14:29 (UTC +04:00)
Ağdaş rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Ağdaşda “VAZ”la “SAZ” toqquşub, ölən və yaralanan var

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

Ağdaş rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 14-də saat 13 radələrində Ağdaş rayonunda rayon sakini Zamanəddin Kərimovun idarə etdiyi "VAZ-21183" və Qəbələ rayon sakini Akif Əzimovun idarə etdiyi "SAZ-3507" markalı avtomobillər toqquşub.

Z.Kərimov və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Elxan İsmayılov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti