...

Bakıda iki yük avtomobili toqquşub

Hadisə Materials 22 Sentyabr 2014 17:57 (UTC +04:00)
Bakı şəhəri, Binəqədi rayonunda "KamAZ" markalı yük avtomobili digər yük avtomobili ilə toqquşub.
Bakıda iki yük avtomobili toqquşub

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Bakı şəhəri, Binəqədi rayonunda "KamAZ" markalı yük avtomobili digər yük avtomobili ilə toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nəticədə "KamAZ" markalı yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti