Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/
Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasında axtarışda olan Tehran Osmanov tutulub.
Qedy edək ki, T.Osmanov barəsində RF Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarış elan olunub.