Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycana gələn Rusiya vətəndaşının avtomobilində travmatik tapança və onun darağı aşkar olunub.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan "Volvo FH 480" markalı yük nəqliyyat vasitəsinə baxış keçirilib.
Baxış zamanı həmin nəqliyyat vasitəsinin kabinəsində avtomaşının sürücüsü, Rusiya vətəndaşı Mustapa İbraqimqadjiyev tərəfındən bəyan olunmayan 1 ədəd tapança qoburu, 1 ədəd "İJ-79-9T" modelli, 0733718810 nömrəli, 9 mm kalibrli özünümüdafiə təyinatlı travmatik tapança və darağında olan 5 ədəd 9 mm kalibrli travmatik təsirli rezin başlıqlı güllələr aşkar olunaraq götürülüb.
Faktla əlaqədar araşdırma aparılır.