Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlkin İzzət/
Səbail polisi yarım kiloya yaxın marixuananı dövriyyədən çıxarıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail RPİ 8-ci PB və Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Biləsuvar rayon sakini Şəhriyar Mirzəyevdən 476 qramdan artıq, Kürdəmir rayon sakini Sahil İbrahimova məxsus "Nissan" markalı avtomobildən isə 20 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.