Azərbaycan, Bakı, 28 sentyabr /Trend/
Kürdəmir rayonu, Çöl Ərəb kəndində (rayon mərkəzindən 18 km aralı) "Mercedes" markalı yük avtomobili və "Ford" markalı minik avtomobili toqquşub.
Trend-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, nəticədə "Mercedes" markalı yük avtomobilin sıxılmış vəziyyətdə qalmış sürücüsü yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib.
"Ford" markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Babayev Ceyhun Bəybala oğlu və avtomobildə olan sərnişin, 1976-cı il təvəllüdlü İmaməliyev Ceyhun Qədir oğlu ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişlər. Yanğınsöndürən-xilasedicilər tərəfindən meyitlər yolun kənarından götürərək aidiyatı üzrə təhvil verilib. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər.